Qənirə Paşayeva "Toppuş bacı"nı ziyarət etdi - FOTO
    • 3-08-2018, 10:33
    • 2 255

Qənirə Paşayeva "Toppuş bacı"nı ziyarət etdi - FOTO

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyindən əməliyyat olunub. 

Hazırda xəstəxanada müalicəsini davam etditən əməkdar artisti millət vəkili Qənirə Paşayeva da ziyarət edib. O, bu haqda şəxsi facebook hesabında məlumat verib:

"Əzizimiz, sevimli senetçimiz Tünzalə xanımı Milli Onkologiya Mərkəzində ziyarət etdik. Onun üçün dua etdiyimizi və çox sevdiyimizi söylədik.

Əməliyyatı çox uğurlu keçib və inşallah tez zamanda sağalacaq.,Tünzalə xanım güclü qadındır və inşallah tezliklə tam sağalıb sevənlərini sevindirəcək.

Allah hər zaman yardımçısı olsun! Milli Onkologiya Mərkəzimizə, Tünzalə xanımın həkimlərine və tibb bacılarına təşəkkürlər".

Teymur Məmmədov