"Toppuş bacı" xərçəng xəstəliyinə tutuldu - FOTO
    • 31-07-2018, 22:42
    • 2 471

"Toppuş bacı" xərçəng xəstəliyinə tutuldu - FOTO

Əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.

Bu haqda xeyriyyəçi-aparıcı Hacı Nuran şəxsi instagram hesabında məlumat verib:

"Həyat bir imtahandır... Ya bu imtahandan keçirsən, ya da kəsilirsən... Qəribə olanı odur ki burada hazırlıq, bilik, savad rol oynamır... Ya sən keçirsən, ya da...

Amma burda bir dərman da var inam! İnanırsan ki sən mütləq keçəcəksən... Məhz bu inam imtahanda adama həyan olur, yardım edir...

Məni yaşadan daim inam olub... Mən bu gün hansı xəstəyə baş çəkirəmsə ona inam arzu edirəm... Ona allah şəfa versin deyib, ən xoş arzularımı diləyirəm...

Məgər məni bu günə qədər yaşadan Sizin arzu və dualarınız deyilmi... Gəlin hamılıqla ağır xərçəng xəstəliyə düçar olan, yataqda şəfa inamı ilə yaşayan cəmi 45 yaşı olan gözəl insan, «Toppuş bacı» obrazının cənlandıran təkrarolunmaz aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Əliyevaya dua edək və ona kömək edək".

Teymur Məmmədov