-
- 14-07-2024, 15:56
- 331
Kreml Trampa qarşı sui-qəsd cəhdini pislədi
Kreml siyasi mübarizə zamanı istənilən zorakılıq təzahürlərini pisləyir.
News24.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
O, ABŞ-ın keçmiş prezidenti və yeni prezidentlik yarışının iştirakçısı Donald Trampa sui-qəsd cəhdini belə şərh edib:
“Rusiya hər zaman siyasi mübarizə zamanı zorakılığın istənilən təzahürünü pisləyib və indi də qətiyyətlə pisləyirik. Bütün kənar müşahidəçilərə aydın idi ki, Donald Trampın həyatı təhlükə altındadır”.
Kremlin sözçüsü qeyd edib ki, ABŞ-nin siyasi sistemi tarixdə dəfələrlə zorakılıq nümunəsi təqdim edib.
“Biz qətiyyən düşünmürük və inanmırıq ki, prezidentliyə namizəd Trampı sıradan çıxarmaq cəhdi hazırkı hökumət tərəfindən təşkil edilib, lakin buna bu administrasiyanın siyasi mübarizə zamanı yaratdığı ab-hava səbəb olub", - Peskov vurğulayıb.// publika