-
- 14-07-2024, 19:34
- 366
Trampa atəş açan şəxsin maşınından bomba tapıldı
ABŞ hüquq-mühafizə orqanları Ağ Evin keçmiş rəhbəri Donald Trampa qarşı mitinq zamanı atəş açan şübhəli şəxsin avtomobilində partlayıcı qurğu aşkarlayıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.
Qeyd olunub ki, avtomobil Trampın keçirdiyi mitinqin yaxınlığında saxlanılıb.
Bundan başqa istifadə edilən silah rəsmi formada şübhəli bilinən şəxsin atası tərəfindən alınıb.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.