Trampa sui-qəsd: snayper atəş açarkən… – Sensasion iz
    • 15-07-2024, 11:02
    • 218

Trampa sui-qəsd: snayper atəş açarkən… – Sensasion iz

“Trampa qarşı sui-qəsdin təşkilində ABŞ-ın Məxfi Xidməti də iştirakçı ola bilər”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.

O, Məxfi Xidmətin faktiki olaraq işinin öhdəsindən gəlmədiyini və baş verənlərə reaksiya verməkdə gecikdiyini bildirib:

“Məxfi Xidmətin snayperi atəş açanı görüb, yavaş reaksiya verdi, o, yalnız Trampa atəş açılandan sonra hərəkətə keçdi. Ona görə də iddia edə bilərik ki, Məxfi Xidmət müəyyən mənada Trampın öldürülməsi cəhdində iştirak edə bilər. Bizim bunu danacaq heç bir faktımız yoxdur”.