110 ilə qədər yaşamağın sirri
    • 15-07-2024, 11:09
    • 362

110 ilə qədər yaşamağın sirri

Uzun və sağlam həyat hər bir insanın ümumi arzusudur. Hər kəs xüsusilə 100 yaşına çatmış insanların həyatı ilə maraqlanır. Daha uzun yaşamaq və həmişə gənc qalmaq üçün müxtəlif məsləhətlər var.

News24.az xəbər verir ki, alimlər tez-tez uzun ömrün sirri ilə bağlı müxtəlif araşdırmalar aparırlar. Düzgün və balanslı qidalanma vərdişinə yiyələnmək və idman etməklə hər zaman enerjili qala bilərsiniz.

Dünyanın ən yaşlı insanlarının yaşını təsdiqləyən LongeviQuest təşkilatının elmi məsləhətçisi olan Lindberq 110 yaş və daha sonrasını görə bilən insanlarda ixtisaslaşıb.

Karyerası boyunca minlərlə yüzillik insanla çalışdığını bildirən Lindberq bu yaxınlarda Business Insider-ə verdiyi açıqlamada 110 yaşdan yuxarı insanların ortaq sirlərini paylaşıb.

Bu xüsusiyyətlərdən bəziləri təəssüf ki, bizim ixtiyarımızda olmayan şeylərdir: Uzun ömürlü qohumların olmağı, qış aylarında isti yerdə doğulmaq və qadın olmaq (2015-ci ildə aparılan bir araşdırma göstərir ki, yaşdan yuxarı insanların 95 faizi 110-u qadındır) mühüm üstünlüklərdir.

Bundan başqa, insanın gəlir səviyyəsi onun neçə yaş yaşayacağını müəyyən edən amillər arasındadır. Daha yüksək gəlir qruplarına daxil olan insanlar maliyyə təminatı və səhiyyə xidmətlərindən istifadə imkanları baxımından aşağı gəlir qruplarına daxil olan şəxslərdən öndədirlər.

Lakin Lindberq həyat tərzinin uzun və sağlam həyata böyük töhfə verdiyini ifadə edərək, 110 yaşdan yuxarı insanların bəzi xüsusiyyətlərinin önə çıxdığını vurğulayır. Həyatınızı uzadan 6 vərdişi təqdim edirik.

1. Həyat uzun bir səyahətdir. Bu səyahətdə bir çox müsbət və ya mənfi şeylərlə qarşılaşa bilərsiniz.

İspaniyanın paytaxtı Madriddəki Complutense Universitetində 2023-cü ildə edilən bir araşdırmada "Hər şeydə bir xeyir var" düşüncəsinin və çətinliklər qarşısında təslim olmamağın əsrlər boyu yaşayan insanların ortaq xüsusiyyətlərindən olduğuna diqqət çəkib.

2.  Yediyiniz və içdiyiniz hər şey sağlam və uzun ömür üçün vacibdir. Çünki qidalanmanız birbaşa bədəninizin sağlamlığına təsir edir. Sağlam olmayan qidalanma və artıq çəki ömrü qısaldan amillərdir. Bu səbəbdən tədqiqatçılar çəkiyə nəzarətin uzunömürlülüyə təsir etdiyini deyirlər.

Lindberq daha uzun ömür sürən insanların həyatları boyu sağlam çəkidə qaldığını vurğulayaraq, "110 yaşında olan obez insanlar çox deyil" deyən Lindberq.

3. Ürək xəstəlikləri, xərçəng, Alzheimer və diabet kimi xroniki xəstəliklər dünyada ən çox görülən və ölümcül xəstəliklər olaraq təyin edilə bilər. Təbii ki, genlərimiz və ətraf mühit şəraitimiz də xroniki xəstəliklərə yoluxma ehtimalımızın müəyyən edilməsində təsirlidir, lakin riski azaltmaq üçün diqqət etməli olduğunuz bir çox şey var.

Bunların arasında siqaret çəkməmək, tərəvəz və meyvələrlə zəngin, natrium və doymuş yağları az olan pəhrizə riayət etmək, fiziki fəaliyyəti laqeyd etməmək və çox spirtli içki qəbul etməmək önə çıxır.

Xüsusilə Aralıq dənizi pəhrizinin xroniki xəstəliklər riskini azaltmaqda böyük rol oynadığını göstərən bir çox araşdırma var.

4. Sosiallaşmaq və sevdiyiniz insanlarla vaxt keçirmək psixi sağlamlığınızı yaxşılaşdırır. Harvardda aparılan araşdırmanın aparıcı müəllifi Dr. Robert Valdinger daha əvvəl Business Insider-ə deyib ki, sağlam münasibətlər qurmaq uzun yaşamaq ehtimalına böyük təsir göstərir. Yəni sevdiyiniz insanlarla həyatınızı bölüşmək və onlarla vaxt keçirmək ömrünüzü uzadan amillərdəndir.

5. Su həyat mənbəyidir. Bədəninizin həmişə suya ehtiyacı var. Tədqiqatlar göstərir ki, kifayət qədər su içmək kolon xərçəngi və sidik kisəsi xərçəngi riskinizi azalda bilər.

O, həmçinin oynaqları yağlamağa, hüceyrələri nəmləndirməyə və qaraciyər və böyrəklərdən toksinləri çıxarmağa kömək edir. Hər gün 8-10 stəkan su içmək də həzm sisteminin nizamlı işləməsinə kömək edir. Orqanizmdə yığılan ödemi və toksinləri qısa müddətdə xaric edir. Dərinin sağlamlığını da qoruyur. Dərini nəmlə doyurur və daha yavaş yaşlanmasına kömək edir.

6. Həmişə etdiyinizi edin. Etdiyiniz və etməkdən həzz aldığınız, sizə “məqsəd” hissi verən bir şeyi etməyi dayandırdığınız zaman pis olacaqsız. Həmişə beyninizi məşq etdirin. Kitab oxuyun, yeni yerlərə gedin və ya tapmaca həll edin. Sevdiyiniz fəaliyyətlər beyninizi inkişaf etdirir.

Günel Məlikzadə