Zelenski: Rusiya nümayəndələri də dəvət oluna bilər
    • 15-07-2024, 22:40
    • 208

Zelenski: Rusiya nümayəndələri də dəvət oluna bilər

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında açıqlama verib.

News24.az xəbər verir ki, Zelenski bildirib:

"Sülh planının bütün elementlərini hazır tutmağı hədəfləyirəm ki, noyabrda sülh baxışı ilə bağlı ikinci təqib sammitini keçirə bilək".

Ukrayna ötən ay İsveçrədə 92 ölkənin nümayəndəsinin qatıldığı Sülh Sammiti keçirib, lakin Rusiya iştirak etməyib. 

Kiyev növbəti sammitə Rusiyadan nümayəndələri dəvət edə biləcəyini açıqlayıb.

Günel Məlikzadə