-
- 16-07-2024, 10:05
- 798
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
Əməkdar artist Teymur Əmrah Xəzər TV-də şəxsi həyatı ilə bağlı danışıb.
News24.az yenisabah.az-a istinadla xəbər verir ki, Teymur Əmrah ailə qurmaması haqqında verilən sualı cavablandırıb:
"Mənim 50-dən çox yaşım var. Yarım əsrdən çox yaşamışam. Sual verdiniz ki, niyə ailə qurmadınız? Mənim sənətə məhəbbətim o sevgidən daha yüksəkdir.
Mən öncə yaxşı insan olmağı sevirəm. 38 ildir Bakıdayam və sakit həyat tərzi yaşamışam. Ola bilər, kaprizli insanam".