Nərgiz Cəlilova çinli kürəkənindən DANIŞDI
    • 5-02-2024, 16:32
    • 482

Nərgiz Cəlilova çinli kürəkənindən DANIŞDI

Məşhur aparıcı Nərgiz Cəlilova ilk dəfə qızı Nərmin və onun əri haqqında danışıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, o, televiziya proqramlardan birində kürəkənin ABŞ vətəndaşı olsa da, əslən uyğur türkü olmasından danışıb.

“Qızımın həyat yoldaşı uyğur türküdür. O, Çində dünyaya gələn uyğurdur, amma ABŞ vətəndaşıdır”, - aparıcı vurğulayıb. 

64 yaşlı Nərgiz Cəlilova şəxsi həyatı barədə də danışıb. 

“Özümü heç zaman tənha hiss etməmişəm və ikinci dəfə ailə qurmağı da istəməmişəm. Qızım dedi ki, sən cavansan, niyə ikinci dəfə ailə həyatı qurmursan? Mən bunu edə bilmədim. Heç bilmirəm, o necə bir insan olmalıdır ki, ikinci dəfə mən ailə həyatı qurum. Həddindən artıq müstəqil bir insanam”.