Xalq artisti infarkt keçirtdi - FOTO
    • 16-07-2024, 10:24
    • 30 197

Xalq artisti infarkt keçirtdi - FOTO

Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.

News24.az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:

"İnfarkt keçirtdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam".