Eldar Quliyev infarkt keçirdi, XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
    • 18-01-2021, 15:45
    • 1 294

Eldar Quliyev infarkt keçirdi, XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

"Xalq artisti, rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirilib”.

Bu barədə APA-ya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədova məlumat verib.

O bildirib ki, tanınmış rejissor bir neçə gün əvvəl infarkt keçirib: “O, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabildir”.

ARKİ sədri Eldar Quliyevin 80 illiyi münasibəti ilə təltif edildiyini də vurğulayıb. 

Qeyd edək ki, tanınmış rejissor Eldar Quliyevin bu gün 80 yaşı tamam olur.

****

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib. 

Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. 
Bildirib ki, Xalq artisti hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib:

"Ötən gün infarkt keçirən rejissor sözügedən xəstəxananın kordiloji şöbəsinə aparılıb, vəziyyəti qənaətbəxşdir, insanları tanımaqda çətinlik çəkir".

Qeyd edək ki, Eldar Quliyevin bu gün 80 yaşı olur. /qafqazinfo/