Otel otağında ölü tapıldılar - SƏBƏB
    • 16-07-2024, 22:50
    • 310

Otel otağında ölü tapıldılar - SƏBƏB

Xəbər verdiyimiz kimi, Taylandın paytaxtı Banqkokda bir otel otağında 6 nəfərin ölü tapıldığı bildirilib. 

News24.az xəbər verir ki, Banqkok polis rəsmisi bildirib ki, istintaq "zəhərli maddə" üzərində cəmlənib.

Rəsmi atışmada 6 nəfərin öldüyü barədə xəbərləri təkzib edərək, ölümlərin "zəhərli maddə ilə bağlı olduğunu" deyib.

Günel Məlikzadə