Keçmiş nişanlısını boğaraq öldürdü..
    • 29-02-2024, 17:30
    • 435

Keçmiş nişanlısını boğaraq öldürdü..

Sinqapurda 2019-cu ildən bəri ilk ölüm hökmü icra edilib. 

News24.az xəbər verir ki, Sinqapurda otel otağında keçmiş nişanlısını boğaraq öldürən 35 yaşlı Banqladeş vətəndaşı Əhməd Səlim bu gün edam edilib.

Sinqapur Polis Gücündən (SPF) verilən açıqlamada 2018-ci ildə keçmiş nişanlısını otel otağında boğaraq öldürən və daha sonra məhkəmə tərəfindən edam cəzasına məhkum edilən Səlimin bu gün asılaraq edam edildiyi bildirilib.

Qeyd edək ki, Səlim 2020-ci ildə məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib. Məhkəmənin qərarından sonra prezidentə xüsusi amnistiya üçün müraciət edən Səlimə rədd cavabı verilib.

Günel Məlikzadə