-
- 27-05-2019, 15:54
- 8 129
Bakının məşhur kloununun evi əlindən alındı - ŞOK HADİSƏ - VİDEO
Bakının məşhur klounu, Aquşa ləqəbli Ağa Piriyevə qarşı dələduzluq edilib.
News24.az-a müraciət edən A.Piriyev 2016-cı ildə Bakının Yeni Günəşli qəsəbəsi “V” massivi 13M ünvanında aldığı yenitikilidən çıxarılıb.
“Baku-Kubə” MTK tərəfindən inşa edilmiş 4 bloklu 13 mərtəbəli binada fəaliyyət göstərən “AR&KO” MMC Ağa Piriyevə öncə binanın 4-cü mərtəbəsindən mənzil satsa da sonradan həmin evin başqa birinə satıldığını deyib və onu 9-cu mərtəbədə yerləşən mənzillə təmin edib.
Fırıldaqçılıqla qarşılaşdığını bildirən Ağa Piriyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və bir çox rəsmi qurumlara müraciət ünvanladığını deyib: “2016-cı ilin fevral ayında “AR&KO” MMC mənə 9-cu mərtəbədə 3 otaqlı 286 saylı mənzil satıb. Bu barədə MMC-nin direktoru Əsədullazadə Rəhilə Novruz qızı ilə 22 fevral 2016-cı il tarixində müqavilə imzalamışıq. Mənzilə görə Əsədullazadə Rahilə və Əsədullazadə Asifə 55 min manat ödəsəm də həmin məbləğin 45 min manatına görə mənə kassa mıdaxil orderi verdilər. 10 min manat üçün isə heç bir çek təqdim olunmadı. Səbəbini isə vergini daha az ödəməklə izah etdilər”.
A.Piriyev mənzildə təmir işləri apardığını da bildirib: “Mənzildə təmir işləri apardım. Buna 26 min 300 manat xərxlədim. Sonradan mənə məlum oldu ki, Asif Əsədullazadə məni aldadaraq ona məxsus olmayan mənzili mənə satıb və pulumu mənimsəyib. 286 saylı mənzil Seyidov Mirrasim Mirhəsən oğlu adlı şəxsə məxsus olub. Həmin şəxs mənim mənzildən çıxarılmağımla bağlı məhkəməyə müraciət edərək qətnamə çıxarıb. 23 aprel 2019-cu il tarixində isə Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən mənzildən çıxarılmışam. S.Mirrasim eyni zamanda mənim evdə olmamağımdan istifadə edərək, qapını da dəyişib. Hətta mənə hədə qorxu gələrək evdən çıxmayacağım təqdirdə özünü 9-cu mərtəbədən atacağını və yandıracağı deyib. Rəhilə və Asif Əsədullazadələr mənim məlumatsızlığımdan istifadə edərək açıq-açığa mənə qarşı dələduzluq ediblər”.
Ağa Piriyev ödədiyi məbləği geri ala bilmədiyini də açıqlayıb: “Sonradan öyrədim ki, “Badu-Kubə” MTK və “AR&KO” MMC arasında yaşanan mübahisənin qurbanı olmuşam. Şirkətdən min əzab-əziyyətlə qazandığım halal pulumu geri istəyəndə isə Asif Əsədullazadə min bəhanə gətirərək boyun qaçırır”.