-
- 27-05-2019, 17:38
- 867
“CinemaPlus”da Şərq gecəsi - - VİDEO
“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Şərq gecəsi və çoxdan gözlənilən "Disney" şirkətinin məhsulu olan "Ələddin" filminin nümayişi keçirilib.
News24.az xəbər verir ki, kinoteatr şərq üslubunda bəzədilib.
Dekorda Şərqin bütün atributlarından istifadə olunub. Qonaqlar kinoteatrın sehrli ab-havasına heyran olaraq tədbirdə məmnuniyyətlə iştirak ediblər.
Ekran işinin nümayişində məşhur ifaçılar, şoumenlər, bloqqer və jurnalistlər qonaq olublar.
Kinonun rejissoru Qay Riçidir. Baş rolları Mena Massud, Naomi Scott, Uill Smit, Billi Maqnussen ifa ediblər.
Süjetin mərkəzində Ələddin adında gənc oğru şahzadə xanım Jasmin ilə evlənmək üçün şahzadə olmaq istəyir. Bu vaxt isə Aqrabanın vəziri Cəfər Aqraba üzərində hakimiyyətə yiyələnmək niyyətindədir. Bunun üçün o, möcüzələr mağarasında saxlanılan sehirli lampanı əldə etməyə çalışır. Lampaya icazəsi olan yeganə şəxsi isə “qeyri-məhdud almaz” adlandırırlar və elə həmin adam Ələddinin özüdür.
Tədbirin təşkilində "Light in Black", “Brimix” tərəfindən şou proqram, "Lully`s Events Baku" və "Strafor kəsim" dekor şirkətləri, "Basilur" və "Fresh Azcake" furşet şirkətləri, rəqqasə Аygün, "Ideal Parfumery" və "Arabian Nights" kosmetikası, "Red Bull", "145 Group" dəstək göstəriblər.