Siqaret qadağası başlayır: bu yaşdan olanlar...
    • 18-07-2024, 20:28
    • 263

Siqaret qadağası başlayır: bu yaşdan olanlar...

İngiltərədə hökumət yeni siqaret qadağası tətbiq edir. Plana görə, 2009-cu il yanvarın 1-dən etibarən doğulan hər kəs qanuni olaraq tütün məhsulu ala bilməyəcək.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu planı ilk dəfə keçmiş baş nazir Rişi Sunak irəli sürsə də, yeni hökumət başçısı Keir Starmer bunu qanuniləşdirməyə söz verib. Britaniya kralı Çarlz da bu planı dəstəkləyib.

Qanuna əsasən, elektron siqaretlərin satışı və marketinqinə də məhdudiyyətlər qoyulacaq.

İslahatlar qanuni siqaret çəkmə yaşının tədricən artırılmasını və gələcək nəslin siqaret almasını qadağan etməyi əhatə edir. Böyük Britaniya 2027-ci ilə qədər qaydaları tətbiq etsə, hazırda yaşı 14 və ondan aşağı olan heç kim siqaret ala bilməyəcək.

Sunak qadağanın mövcud siqaret istifadəçilərinin siqaret çəkmək hüququnu əlindən almayacağını qeyd edib.