Dünyanın 10 ən "ağıllı" şəhəri
    • 18-07-2024, 17:26
    • 182

Dünyanın 10 ən "ağıllı" şəhəri

Qlobal istiləşmə və ətraf mühitin dəyişməsi səbəbindən ölkələr davamlı gələcək planlarında yeni problemlərlə üzləşirlər. Lakin bəzi şəhərlər uzunmüddətli perspektivdə daha yüksək həyat keyfiyyəti yaratmaq və dünyanın qalan hissəsinə rəhbərlik etmək üçün “ağıllı” həllər yaradır.

News24.az xəbər verir ki, bu təşəbbüslərin irəliləyişini müəyyənləşdirmək üçün Beynəlxalq İdarəetmə İnkişafı İnstitutu (IMD) dünyanın ən ağıllı şəhərlərini bir araya gətirir, hər bir şəhərin iqtisadi və texnoloji güclü tərəflərini və bu amillərin həyat keyfiyyətini necə yaxşılaşdırdığını və həll yollarını təqdim edir.

Ağıllı Şəhərlər İndeksində 142 şəhərin sağlamlıq, təhlükəsizlik, nəqliyyat fəaliyyətləri, imkanları və idarəçiliyi nəzərə alınıb.

Siyahıda ilk 20-liyə ABŞ və ya Afrikadan heç bir şəhər daxil olmayıb. ,İlk 20-likdəki üç şəhərdən başqa hamısı Avropa və ya Asiyadadır.

Siyahıda birinci yerdə dünyanın ən bahalı ölkələrindən biri olan Sürix gəlir.

Dünyanın ən "ağıllı" şəhərlərinin reytinqini təqdim edirik:

1. Sürix, İsveçrə

2. Oslo, Norveç

3. Kanberra, Avstraliya

4. Cenevrə, İsveçrə

5. Sinqapur

6. Kopenhagen, Danimarka

7. Lozanna, İsveçrə

8. London, İngiltərə

9. Helsinki, Finlandiya

10. Abu Dabi, Birləşmiş Ərəb Əmirlikləri

Günel Məlikzadə