DİN: Axtarışda olan 21 nəfər SAXLANILIB
    • 28-05-2019, 11:06
    • 511

DİN: Axtarışda olan 21 nəfər SAXLANILIB

May ayının 27-dən 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

   

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb. 


Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
    

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb