Bakı sakinlərinin NƏZƏRİNƏ! - İyulun 19-u saat 10:00-dan...
    • Bu gün, 09:39
    • 119

Bakı sakinlərinin NƏZƏRİNƏ! - İyulun 19-u saat 10:00-dan...

Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

News24.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə iyulun 19-u saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.