-
- 19-07-2024, 12:51
- 212
"Samsung"dan YENİLİK
“Galaxy Z” seriyalı smartfonların “qalın” və yeniliksizliyi ilə tənqid edilən “Samsung” təxminən 7-8 mm qalınlığında qatlanan smartfon buraxaraq vəziyyəti düzəltmək niyyətində olduğunu bildirib.
News24.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Naver” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Samsung" artıq bazarda ən nazik olacağını vəd edən smartfonun hazırlanmasına başlayıb.
Yeni cihazın nə adı, nə də buraxılış tarixi məlum deyil. Lakin verilən məlumatlara görə, qatlananda onun qalınlığı təxminən 7 mm olacaq.
Müqayisə üçün bildirək ki, yeni Galaxy Z Fold6-nın qatlanan zaman qalınlığı 12,1 mm, Çin Honor Magic V3 isə 9,3 mm-dir.
Məryəm İlhamqızı