Arda Turanın anasına HƏBS CƏZASI VERİLDİ
    • 19-07-2024, 14:12
    • 341

Arda Turanın anasına HƏBS CƏZASI VERİLDİ

“Eyüpspor”un baş məşqçisi Arda Turanın anası Yüksel Turan barəsində qanunsuz tikinti apardığı iddiası ilə açılan işdə qərar verilib.

News24.az xəbər verir ki, araşdırmalar nəticəsində 5 ilə qədər həbsi istənən Yüksel Turan 10 ay müddətinə azadlıqdan məhrum edilib.

“Sabah” qəzetinin məlumatına görə, Arda Turanın böyüdüyü Bayrampaşadakı evdə qanunsuz tikinti olduğu üzə çıxıb və anası Yüksel Turana qarşı iddia qaldırılıb.

Bayrampaşa Bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda zirzəmi, 1, 2 və 3-cü mərtəbələrdən ibarət binada yaşayış olduğu, lakin 2020-ci ildə binaya qeyri-qanuni çardaq əlavə edildiyi müəyyən edilib.

Məryəm İlhamqızı