Arda Turan yenidən  "Qalatasaray"da
    • 5-08-2020, 18:05
    • 1 053

Arda Turan yenidən "Qalatasaray"da

Arda Turan "Qalatasaray"-a transfer olub.

News24.az
xəbər verir ki, bu barədə "NTV Spor"a İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz açıqlama verib.

Klubun rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turanın son klubu "Başakşəhər" olub. O, İspaniyada "Atletiko" və "Barselona" klublarının da formasını geyinib.