-
- 19-07-2024, 15:16
- 241
Azyaşlı uşağın əli ətçəkən maşında qaldı - FOTO
Şamaxıda azyaşlının əli ətçəkən maşında qalıb.
News24.az bildirir ki, bu barədə Sfera.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, əli ətçəkən maşında qalan 27.01.2023-cü il təvəllüdlü körpə valideynləri tərəfindən xəstəxanaya çatdırılıb:
“Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilərkən körpənin sağ əli elektron ətçəkən maşına keçmiş vəziyyətdə olub. Xəstəxananın tibbi heyəti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativliyi nəticəsində qısa zamanda körpənin əli ətçəkən maşının içərisindən çıxarılıb. O, rentgenoloji müayinə olunduqdan sonra həkim-cərrah Ağasoltan Əmirov tərəfindən yumşaq toxumaların cərrahi proseduru həyata keçirilib”.
Qurum əlavə edib ki, hazırda körpənin vəziyyəti qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıb.