Mask rəqiblərini ələ saldı: Hələ də işləyirlər?
    • Dünən, 21:38
    • 56

Mask rəqiblərini ələ saldı: Hələ də işləyirlər?

Amerikalı iş adamı, X, Tesla və SpaceX sosial şəbəkəsinin rəhbəri İlon Mask qlobal fasilədən sonra rəqiblərini ələ salıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, diqqətçəkən paylaşımları ilə gündəmə gələn Mask bu dəfə “Microsoft” şirkətini hədəfə alıb.

O bildirib ki, “Microsoft” korporasiyasının sistemlərində genişmiqyaslı problemlər fonunda X sosial şəbəkəsi normal fəaliyyət göstərir.

"Bu proqram hələ də işləyir?", - deyə o, sosial media hesabında yazıb.

İş adamı həmçinin X şəklində olan şəxsin sakitcə yan tərəfdə dincəldiyi, "Microsoft"u təmsil edən digərlərinin isə çılğın şəkildə irəli-geri qaçdığı bir şəkildə yerləşdirib.