İlon Maskdan gözlənilməz ADDIM
    • 2-05-2020, 00:58
    • 1 237

İlon Maskdan gözlənilməz ADDIM

Dünyaca tanınmış, amerikalı iş adamı, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask bütün əmlakını satdığını bildirib. 

News24.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

"Tesla" şirkətinin səhmlərinin çox baha olduğunu deyən Mask daha evinin olmayacağını söyləyib.

Qeyd edək ki, planetin ən zəngin insanlarının reytinqində 25-ci yeri tutan “Tesla” şirkətinin başçısı İlon Mask şirkətin səhmlərinin qiymətinin düşməsindən sonra 9 milyard ABŞ dolları itirib.