Venerada təəccüblü kəşf
    • 19-07-2024, 16:18
    • 328

Venerada təəccüblü kəşf

Alimlər Günəş sisteminin ikinci ən isti planeti və planetlərin ən istisi olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementlər tapıblar.

Astronomlar Havaydakı Ceyms Klerk Maksvell Teleskopunun (JCMT) Venera layihəsindən, ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) 1978-ci ildə buraxılmış "Pioner Venera 2" atmosfer zondlarından əldə edilən məlumatları araşdırıblar.

News24.az xəbər verir ki, araşdırmada təxminən 55 kilometr yüksəklikdəki Veneranın buludlarında oksigensiz mühitlərdə yaşayan mikrobların çıxardığı fosfin qazı və ammonyak molekullarının varlığına dair ipuçları əldə edilib.

London İmperial Kollecindən Dr. Dave Klements və komandası fosfin, kükürd dioksidi və su da daxil olmaqla müxtəlif digər molekulları aşkar etmək üçün JCMT-Venera layihəsindən məlumatlardan istifadə ediblər.

Klements qeyd edib ki, onlar Pioneer Venus zond məlumatlarına uyğun olaraq təxminən 55, 56, 57 kilometr yüksəkliklərdə milyonda bir hissə səviyyəsində fosfin aşkar ediblər.

Klements, "Veneranın atmosferində qəribə şeylər var. Fosfin yeni ortaya çıxan bir maddədir. Bundan əlavə, atmosferdəki su və kükürd dioksidin miqdarı zamanla dəyişir. Səbəbi bilinmir. Dəyişikliklər üzərində müşahidə olunmur" dedi.

Komanda həmçinin Pioneer Venus 2 zondlarından əldə edilən məlumatı təsdiqləyən buludlarda ammonyak ola biləcəyinə dair tapıntılar edib.

Qayalı planetdə ammonyakın olması güclü bioloji imza hesab olunur. Tapıntı Venerada həyatın olduğunu sübut etmir, lakin alimlər orada ammonyakın necə əmələ gəldiyini anlamağa çalışırlar.


Günel Məlikzadə