-
- 20-07-2024, 19:23
- 285
Amerikalı oğlan Ginnesin Rekordlar Kitabına düşdü - FOTO
ABŞ-nin Cənubi Dakota ştatından olan 17 yaşlı oğlan yeniyetmələr arasında ən uzun saç uzatmaqla Ginnesin Rekordlar Kitabına düşüb.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rekordlar Kitabının saytında məlumat verilib.
Yerli Amerika tayfasından olan Ruben Luksun onun boyunda olan yeniyetmə oğlanlar arasında dünyanın ən uzun saçına sahib olduğu təsdiqlənib. Onun saçının uzunluğu 161 sm-dir.
Cənubi Dakota ştatının Rapid Siti sakini Ruben iki yaşından bəri saçını kəsdirməyib. O, saçının uzunluğu 146 sm olan hindistanlı Sidakdip Sinqh Çahalın rekordunu qırıb. Böyüdükcə öz tayfasının ənənəsinə uyğun olaraq saçını uzatmağa davam edib.
Yeniyetmə qeyd edib ki, mədəniyyət cəhətdən uzun saç Lakota xalqının mənəviyyatının bir hissəsidir. Bu yolla oğlan öz xalqının adət-ənənələrini qoruyur.
Bildirilir ki, kişilər arasında ən uzun saç üzrə rekordu Madrasdakı (Hindistan) Tirudaduturay monastırının abbatı Svami Pandarasannadhiyə məxsusdur. 1949-cu ildə onun saçının uzunluğu 7,9 m olub, yeniyetmələr arasında isə indiyə qədər qeydə alınan ən uzun saç üzrə rekordu hindistanlı Nilanşa Patel qırıb - qız saşlarını 2021-ci ildə kəsdirib və muzeyə bağışlayıb.