Gənc blogerin yanmış meyiti tapıldı - FOTO
    • 22-07-2024, 10:27
    • 154

Gənc blogerin yanmış meyiti tapıldı - FOTO

Argentinanın Kordoba şəhərində gənc bloger xanımın avtomobildə yanmış tapılıb.

News24.az teleqraf.com-a istinadən xəbər verir ki, 21 yaşlı sosial media fenomeni Katalina Qutiyerrezin cəsədi anasının avtomobilində yanmış halda tapılıb. Gənc qız hadisədən öncə dostları ilə boulinq oynamağa gedib.

Daha sonra isə ondan xəbər almaq mümkün olmayıb.

Hadisəni törətməkdə təqsirləndirilən gənc qızın sinif yoldaşı Nestor Soto saxlanılıb. O, polisə verdiyi ilkin ifadəsində cinayəti etiraf edib.

Meyitə baxış zamanı Qutiyerrezin boğularaq öldürüldüyü məlum olub. Daha sonra isə meyit yandırılıb.