Bakıda yanmış kişi meyiti tapılıb
    • 18-01-2023, 20:29
    • 209

Bakıda yanmış kişi meyiti tapılıb

Bakının Sabunçu rayonunda yanmış kişi meyiti tapılıb.

Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, yanvarın 18-i paytaxtın Sabuçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olub.

Meyitin bu il yanvarın 14-də yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.