Şuşa yolunda ağır qəza: yaralı var - ANBAAN GÖRÜNTÜLƏR
    • 22-07-2024, 14:04
    • 174

Şuşa yolunda ağır qəza: yaralı var - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq.

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O qeyd edib ki, hadisə ötən gün saat 16 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonunun Qarabağ kəndi ərazisində keçən hissəsində baş verib.

"Füzuli rayon sakini Elbin Allahverdi oğlu Məmmədovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Kürdmahmudlu kənd sakini Seymur İnqilab oğlu Misirovun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 39 yaşlı Elbin Məmmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Əraziyə yol-patrul xidmətinin əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına biganə yanaşmamağa çağırır",- deyə məlumatda vurğulanır.