Türkiyədən İraqa elektrik enerjisi ixracı BƏRPA OLUNDU
    • 22-07-2024, 15:19
    • 175

Türkiyədən İraqa elektrik enerjisi ixracı BƏRPA OLUNDU

Energetika və Təbii Sərvətlər Naziri Bayraktar sosial media hesabında verdiyi açıqlamada belə deyib: 

"Dünəndən etibarən birlikdə regionumuzun rifahına və sülhünə töhfə verəcəyimiz qonşumuz İraqa yenidən elektrik enerjisi ixracına başladıq. Edəcəyimiz sərmayələrlə İnkişaf Yolunu həm də "Enerji Yolu" kimi quracağıq".

News24.az xəbər verir ki, Türkiyə ilə İraq arasında mövcud olan 400 kV-luq Cizrə - Kasek Qarşılıqlı Bağlantı xətti ilə İraqa maksimum 300 meqavat elektrik enerjisi veriləcək.