Tələbələrin köçürülməsi üçün tələb olunan sənədlərin SİYAHISI
    • 22-07-2024, 16:15
    • 289

Tələbələrin köçürülməsi üçün tələb olunan sənədlərin SİYAHISI

Tələbələrin köçürülməsi üçün aşağıda qeyd olunan sənədlər tələb olunur:

Ölkə daxilində universitetlərarası və universitet daxilində köçürülmə üçün

•⁠ ⁠Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd

•⁠ ⁠Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün)

•⁠ ⁠Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə arayış və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri

Qeyd: Digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılacaqdır.


Xaricdə yerləşən təhsil müəssisələrindən köçürülmə üçün

•⁠ ⁠Xarici dövlətin ali təhsil müəssisəsində aldığı kvalifikasiyaların qismən akademik tanınması haqqında şəhadətnamə (Müraciətçilər qismən tanınma haqqında şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (tkta.edu.az; 146-8) müraciət etməlidirlər).

•⁠ ⁠Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd (xarici dövlətin ali təhsil müəssisəsinin tələbəsinə münasibətdə mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş)

•⁠ ⁠Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün)

•⁠ ⁠Xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında və ya beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələrə dair sənəd

(bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);

•⁠ ⁠Ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının 2-ci mərhələsində) iştirak edən şəxslərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.5-ci yarımbəndinə uyğun qəbul olunanlar istisna olmaqla) topladığı bala dair arayış

•⁠ ⁠Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə arayışı və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda mövcud qaydada Azərbaycan dilinə tərcümə olunmuş)

•⁠ ⁠Dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramlarından xaric olunma barədə arayış (dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə)

Qeyd: Digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılacaqdır.