Ana və qızı tomat pastası hazırlayarkən öldü
    • Bu gün, 21:01
    • 82

Ana və qızı tomat pastası hazırlayarkən öldü

Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərinin Akçakal rayonunda qadını evinin damında tomat pastası hazırlayarkən elektrik cərəyanı vurub.

News24.az Publika.az-a istinadən xəbər verir ki, 50 yaşlı Zəhra Elesli evinin damında xüsusi aparatla tomat pastası hazırlayırmış. Zəhra yanından keçən kabelə toxunduqda elektrik cərəyanı onu vurub və huşunu itirib.

Qadının 15 yaşlı qızı Xatun Elesli anasını xilas etməyə çalışsa da, onu da elektrik cərəyanı vurub.

Qeyd olunub ki, Zəhra və Xatun Akçakale Dövlət Xəstəxanasına aparılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.