Bu ərazilərdə işıq olmayacaq
    • Bu gün, 17:30
    • 58

Bu ərazilərdə işıq olmayacaq

Naxçıvan şəhərinin bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

News24.az Metbuat.az-a istinadla bildirir ki, iyulun 23-də şəhərin Həsən Əliyev, İslam Səfərli və Nizami Gəncəvi küçələrində (Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasının və 4 nömrəli tam orta məktəbin ətrafındakı məhəllələrdə) elektrik enerjisinin verilişində saat 15:00-dan 17:00-dək fasilələr yaranacaq.

Qeyd edək ki, fasilə yeni yüksəkgərginlikli elektrik xətlərində aparılan köçürmə işləri ilə əlaqədardır.