Bu gün bu ərazilərdə işıq olmayacaq
    • 25-04-2019, 11:21
    • 1 214

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bu gün saat 11:30-dan 14:30-dək Abşeron rayonu Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrində və Masazır qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr yaranacaq.

Bunu News24.az-a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.