Ermənipərəst rüşvətxor senator istefa verəcək
    • Bu gün, 09:51
    • 70

Ermənipərəst rüşvətxor senator istefa verəcək

Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes avqustun 20-də istefa verəcək.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “New Jersey Globe” portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, senator istefa ərizəsini iyulun 23-də təqdim edəcəyi gözlənilir. Menendes daha əvvəl ABŞ Konqresindəki 30 illik karyerasını bitirmək niyyətində olduğuna dair xəbərləri təkzib etmişdi.