-
- 24-07-2024, 23:59
- 899
Canan Karataydan arıqlamaq istəyənlərə RESEPT
Əhəmiyyətli açıqlamaları ilə bizi daha sağlam yaşamağa sövq edən mütəxəssis həkim Canan Karatay hər yeni açıqlaması ilə gündəmdəki yerini bir az daha gücləndirir. Canan Karatay tərəfindən edilən sağlam həyat təklifləri təkcə ümumi sağlamlığa təsir etmir, həm də müəyyən problemlərin aradan qaldırılmasına kömək edir.
News24.az xəbər verir ki, Canan Karatay bu dəfə arıqlamaq istəyənlərə şad xəbəri açıqlayıb.
Arıqlamaq və forma almaq istəyənlərə kömək edəcək həmin yemək Canan Karatayın sevimli yeməkləri arasındadır.
Canan Karatay daha sağlam yaşamaq və kökəlməmək üçün ağ unlu çörəklərin istehlak edilməməsi lazım olduğunu bildirib. O, ağ un çörəyinin immunitet sistemini çökdürdüyünə diqqət çəkib.
Məlum olduğu kimi, ağ unlu çörəklərdə karbohidratlar çoxdur. Ağ un çörəkləri təmizlənmiş buğda unu ilə hazırlanır. Bu, qan şəkərinin sürətlə yüksəlməsinə və düşməsinə səbəb olur. O, bağırsaq sağlamlığına da mənfi təsir göstərir.
Canan Karatay, hər gün istehlak edilən ağ unlu çörəklərin qidalanma vərdişlərimizdən çıxarılması lazım olduğuna diqqət çəkib və bu mövzuda alternativ təklif edib.
Ağ unlu çörəklər, çəki artımından şəkər xəstəliyinə qədər yaratdığı risklər səbəbiylə istehlak edilməməsi lazım olan məhsullar olaraq qəbul edilərkən, Canan Karatay bu nöqtədə alternativ məhsulun da sevimlisi olan mərci çörəyi olduğunu bildirib. Canan Karatay unsuz çörəklərin daha sağlam olduğuna diqqət çəkib.
Prof. Dr. Canan Karatayın unsuz çörəklər arasında ən sağlam reseptini paylaşdığı mərci çörəyinin tərkibində arıqlamağa kömək edən pəhriz lifləri var. Tərkibində ağ un kimi qlüten olmadığı üçün risk yaratmadığı da məlumdur. Cana Karatayın təklif etdiyi mərci çörəyinin inqrediyentləri və hazırlanması belədir:
Məhsullar
1 stəkan qırmızı mərci
1 stəkan su
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı qabartma tozu
Müxtəlif ədviyyatlar və təzə doğranmış göyərti isə istəyə bağlıdır.
Məryəm İlhamqızı