"Qocaya gedən quyruq yeyər" 95 il yaşamaq üçün quyruq yağı yeyin!
    • 27-10-2019, 15:15
    • 2 406

"Qocaya gedən quyruq yeyər" 95 il yaşamaq üçün quyruq yağı yeyin!

Türkiyənin tanınmış doktoru Canan Karatay quyruq yağının faydalarından danışıb.


News24.az xəbər verir ki, o, qovurmanı yağı ilə birlikdə, daha doğrusu, quyruq yağı birlikdə yeməyi tövsiyə edib.
Onun sözlərinə görə, quyruq yağını əridib içən və 90-95 yaşına qədər yaşayan insanlar var.

Quyruq yağının faydaları:
- Omeqa3 yağ asidi baxımından zəngindir. Xüsusilə, inkişaf dövründə olan uşaqların sümük və əzələ inkişafı üçün tövsiyə edilir.
- Damarlardakı tıxanıqlığın qarşısını alaraq ürək sağlamlığını qoruyur. Qan təzyiqini nizamlayır.
- Sinir hüceyrələrini gücləndirərək, iflic, titrəmə, revmatizma kimi problemlərin qarışını alır.
- Bədəndəki sərbəst radikal hüceyrələrin sayını azaldır. İmmunitet sistemini xəstəliklərə qarşı daha güclü hala salır.