Polkovnik Samir Həziyev - HƏBS OLUNDU

Polkovnik Samir Həziyev - HƏBS OLUNDU Sosial

N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub.

News24.az Bizim.Media-ya istinadla bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub.

Belə ki, Samir Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Samir Həziyev Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı general-polkovnik Kərəm Mustafayevin yaxın adamı hesab olunur.