Donald Tramp: ABŞ-ı məhv edəcək radikal solçu
    • 25-07-2024, 12:03
    • 743

Donald Tramp: ABŞ-ı məhv edəcək radikal solçu

ABŞ prezidentliyinə namizəd Donald Tramp ABŞ prezidenti Co Baydenin seçki yarışından çəkildiyini elan etdikdən sonra Şimali Karolina ştatının Şarlotta şəhərində ilk mitinqini keçirib. 

News24.az xəbər verir ki, mitinqdə demokratları hədəf alan Tramp, Baydenin “sandıqlarda çox geri qaldığı üçün” yarışdan çəkildiyini iddia edib.

Baydenin dəstək verdiyini açıqladığı ABŞ-ın vitse-prezidenti Kamala Harrisi sərt sözlərlə tənqid edən Tramp deyib:

“İndi məğlub edəcəyimiz yeni qurbanımız var: Yalançı Kamala Harris!"

Harrisi Amerika tarixinin “ən bacarıqsız və ifrat solçu vitse-prezident” kimi xarakterizə edən Tramp, Harrisin “hər Bayden fəlakətinin arxasında duran ultra-liberal hərəkətverici qüvvə” və “ABŞ-ı məhv edəcək radikal solçu dəli” olduğunu bildirib.

Günel Məlikzadə