Tramp:
    • 22-07-2024, 23:40
    • 202

Tramp: "Yeni gündür və Bayden yarışdan çəkildiyini unudub"

ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp namizədliyini geri götürən ABŞ prezidenti Co Baydenin “çəkildiyini unutduğunu” iddia edib.

News24.az xəbər verir ki, Tramp məslə ilə bağlı sosial media hesabında yazıb: 

“Yeni bir gündür və Co Bayden dünən yarışı tərk etdiyini xatırlamır. O, seçki kampaniyasının cədvəlini tələb edir. III Dünya Müharibəsinin mümkün başlaması ilə bağlı Çin sədri Si və Rusiya prezidenti Putinlə görüşlər təşkil edir. Bayden "kəskin, qətiyyətli, enerjili, qəzəbli və getməyə hazırdır".

Günel Məlikzadə