“Yadplanetli mumiyalarda” barmaq izi analizi! - FOTO
    • 25-07-2024, 21:05
    • 207

“Yadplanetli mumiyalarda” barmaq izi analizi! - FOTO

Peruda tapılan yadplanetli mumiyanın üzərində aparılan barmaq izi analizinin qalıqların insan mənşəli olmadığını göstərdiyi iddia edilib.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, dünyanın diqqətini çəkən bu kiçik və qəribə nümunələr ötən il UFO tədqiqatçısı Xayme Maussan tərəfindən Meksika konqresinə təqdim edildikdən sonra müzakirələrə səbəb olub.

Kolorado ştatının keçmiş prokuroru və hazırkı müdafiə vəkili Coşua Makdouell ABŞ-dan olan üç müstəqil məhkəmə ekspertinin köməyi ilə bu nümunələrdən birini araşdırıb. McDowell "Bunlar ənənəvi insan barmaq izi nümunələri deyildi" deyib. 

McDowell "Mariya" adlanan "yadplanetli" mumiyanın barmaq izlərinin heç bir məlum insan nümunəsi ilə uyğun gəlmədiyini söyləyib. 

McDowell "Biz bu barmaq izlərində heç bir ilgək və ya qıvrım görmədik. Mariyanın barmaq izləri insan izləri ilə uyğun gəlmirdi", - deyə bildirib.