Qəddar lider Kaliqulanın gizli bağı - FOTO
    • 26-07-2024, 22:20
    • 278

Qəddar lider Kaliqulanın gizli bağı - FOTO

Tarixin ən qəddar hökmdarlarından biri olan Kaliqulanın möhtəşəm terrası 2 min il sonra üzə çıxıb.

News24.az xəbər verir ki, Qədim Roma imperatorlarından biri olan Kaliqula taxtda dörd illik hakimiyyəti dövründə etdiklərinə görə tarixin ən qəddar, ən çılğın və ən azğın imperatorlarından biri kimi yadda qalıb.

İtaliyada inşaat işçiləri Tiber çayı yaxınlığında vaxtilə Roma imperatoru Kaliqulaya məxsus bağın qalıqlarını aşkar ediblər.

Qeyd edək ki, Kaliqula eramızın 37-ci ilində taxta çıxdı və 4 il sonra eramızın 41-ci ildə öz Praetorian Qvardiyası tərəfindən öldürülüb.

Yəhudilərlə gərgin münasibətləri ilə diqqət çəkən Kaliqulanın Misirin İskəndəriyyə şəhərində yaşayan yəhudilərin nümayəndəsi ilə Tiber çayı sahilindəki bağda görüşdüyü bildirilir. Yeni kəşfin təsvir edilən bağ olduğu təxmin edilir.

İtaliya Mədəniyyət Nazirliyindən verilən açıqlamaya görə, qalıqlar Romanın Piazza Pia meydanında işçilər yeni yol keçidi tikərkən tapılıb.

Günel Məlikzadə