Qarabağ Universitetində yeni təyinatlar – FOTOLAR
    • Bu gün, 18:04
    • 92

Qarabağ Universitetində yeni təyinatlar – FOTOLAR

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub.

News24.az bildirir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Ceyhun Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib.

Ceyhun Məmmədov “Scopus” və “Web of Science” indeksli jurnallarda dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir.


Ceyhun Məmmədov

Həmçinin Qarabağ Universitetinə kafedra müdiri təyin olunub.

Bununla bağlı universitetin sosial media hesabında paylaşım edilib.

Belə ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti olan Səbuhi İbayev, həmçinin Prezident mükafatçısıdır