Boks üzrə məşqçi Parisdəki Olimpiya kəndində vəfat etdi
    • Bu gün, 19:57
    • 86

Boks üzrə məşqçi Parisdəki Olimpiya kəndində vəfat etdi


Samoa boks komandasının məşqçisi Lionel Elika Futupayto Parisin Olimpiya kəndində vəfat edib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb. 

60 yaşlı məşqçi ürəktutmasından dünyasını dəyişib. Təcili yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.