![Sabah yağmursuz hava gözlənilir - PROQNOZ](/uploads/posts/2024-07/75cfb73a-0185-3c2f-8c58-b9ab4d597b63_850.webp)
-
- Dünən, 14:36
- 138
Sabah yağmursuz hava gözlənilir - PROQNOZ
İyulun 30-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50 %, gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.