-
- 29-07-2024, 15:01
- 467
Keçəlliyin yeni müalicəsi kəşf edildi - ARAŞDIRMA
Şeffild Universiteti və Pakistanın COMSATS Universitetinin alimləri bədəndə təbii olaraq yaranan 2-deoksi-D-riboza (2dDR) adlı şəkərin saçların uzanmasına kömək edə biləcəyini aşkar ediblər.
News24.az xəbər verir ki, araşdırma "Frontiers in Pharmacology" jurnalında dərc olunub.
Laboratoriya siçanlarından istifadə edilən təcrübələrdə, bu şəkərin saç bərpa dərmanı minoksidil (Rogaine) qədər təsirli olduğu aşkar edilib.
Tədqiqatçılar əvvəlcə keçəlliyə çarə tapmaq yox, 2dDR şəkərin yaraların sağalmasını sürətləndirməyə kömək edə biləcəyini öyrənmək istəyiblər. Heyvanların dərisinə gel şəklində 2dDR tətbiq etdikdən sonra alimlər müalicə olunan nahiyələrdə tüklərin uzanmasının sürətləndiyini, qalınlığının əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər. Məlum olub ki, bu faydalı təsir 2dDR-nin saç follikullarını qidalandıran yeni qan damarlarının böyüməsini stimullaşdırmaq qabiliyyəti ilə bağlıdır.
Əlavə tədqiqatlar göstərib ki, şəkər və minoksidil əsasında geldən 20 gün istifadə etdikdən sonra kişi tipi keçəlliyi olan siçanlarda tüklər 80-90% bərpa olunub.
Məryəm İlhamqızı