-
- 14-04-2024, 20:05
- 2 468
Şəkər xərçəng riskini belə artırır - ŞOK ARAŞDIRMA
Sinqapur Milli Universitetinin (NUS) alimləri BRCA2 genində mutasiya olan insanlarda (əsasən qadınlarda) şəkərin bədən tərəfindən parçalanması zamanı yaranan kimyəvi maddənin xərçəng riskini artıra biləcəyini müəyyən ediblər.
News24.az Publika.az-a istinadla xəbər verir ki, araşdırmanın nəticələri "Cell" jurnalında dərc olunub.
Tədqiqatda alimlər yumurtalıq və döş xərçəngi inkişaf riskinin artması ilə əlaqəli olan BRCA2 geninin qüsurlu variantları olan könüllülərin DNT-sini təhlil ediblər. Tədqiqatçılar şişin yaranmasına səbəb olan mexanizmləri müəyyən etməyə çalışıblar.
Məlum olub ki, qüsurlu BRCA2 olan insanların hüceyrələri qlikolizin əlavə məhsulu olan metilqlioksalın (qida şəkərini parçalamaqla qlükozanı enerjiyə çevirən metabolik proses) təsirinə həssasdır. Alimlərin fikrincə, metilqlioksalın yığılması DNT-ni zədələyə və xərçəngin inkişafına mane olan müəyyən genləri müvəqqəti olaraq inaktiv edə bilər.
Tədqiqat həmçinin müəyyən edib ki, prediabet və ya diabetli insanlarda bədəndə metilglioksal səviyyəsinin artması, hətta BRCA2 normal fəaliyyət göstərsə belə, xərçəng riskini artıra bilər.
Alimlərin fikrincə, bədəndə metilqlioksalın konsentrasiyasına düzgün qidalanma və fiziki fəaliyyətlə nəzarət etmək olar. Bu cür tədbirlər ilkin olaraq xəstəliyə meylli olan insanlarda xərçəngə tutulma riskini azalda bilər.