"Xiaomi" 116 milyonluq sahə aldı - SƏBƏB
    • 29-07-2024, 22:30
    • 829

"Xiaomi" 116 milyonluq sahə aldı - SƏBƏB

Elektrikli avtomobil bazarına sürətlə daxil olan Xiaomi, uğurundan sonra biznesini genişləndirmək qərarına gəldi.

News24.az xəbər verir ki, texnologiya nəhəngi Xiaomi Pekində elektromobil istehsalı üçün 116 milyon dollar dəyərində 131 hektar torpaq sahəsi alıb.

Avropada elektriklə işləyən avtomobillərin satışı durmadan azaldığı halda, Çində vəziyyət tam əksidir. Elektrikli avtomobillərin hazırda ən çox tələb olunduğu bölgə olan Çində biznesini genişləndirmək istəyən Xiaomi şirkəti yeni sahə alıb. 116 milyon dollarlıq yeni sərmayəsi ilə adından söz etdirən şirkət bundan sonra burada elektriklə işləyən avtomobillər istehsal edəcək.

Günel Məlikzadə