Naxçıvanda  döyüş atışlı taktiki təlim keçiriləcək - FOTO-VİDEO
    • 30-05-2019, 19:13
    • 804

Naxçıvanda döyüş atışlı taktiki təlim keçiriləcək - FOTO-VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək. 

Müdafiə Nazirliyindən News24.az-a verilən verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

“Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.